Adil Şirin - Dəniz sahilində Aylı bir gecə...
Dəniz sahilində Aylı bir gecə,
Bir Aylı gecə- həsrət qoxulu.
Yenə görüşmüşük, yenə gizlicə,
Ay oyaqdı, gülüm, dəniz yuxulu.
Sənin saçların yosun qoxulu,
Sənin dodaqların həssas duyğulu.
ayrılıq əzabdı, həsrət qorxulu,
Dəniz sahilində Aylı bir gecə.
Dəniz sahilində Aylı bir gecə,
Ay bənövşə kimi boynu bükülü.
Sən elə baxma, elə baxma sən,
Sən elə baxma, könlümün gülü.
Sənə bağışladım nəğmələrimi,
Sənə bağışladım dənizi, Ayı.
Götür hara getsən apar özünlə,
Sənə bağışladım baharı, yayı.
Sən dənizə danış yuxularını,
Röyalarını sən Aya söylə.
Dəniz, Aylı gecə, sənin gözlərin,
Sevirəm söylə bir ömür böylə...
Sənin saçların yosun qoxulu,
Sənin dodaqların həssas, duyğulu...