Adil Şirin -Bu yerlərə hələ payız gəlməyib...
Bu yerlərə hələ payız gəlməyib,
Hara uçur, hara telli durnalar.
Anaların mələk üzü gülməyib,
Namaz üstə ağlamasın analar.
Dağ döşündən endik yaşıl vadiyə,
Özlərini çaya vurdu ağ atlar.
Tanrı dərgahına uçmadıq niyə?
Çiynimizdə qoşa bəyaz qanadlar...
Nazlı-nazlı axıb getsin dağ çayı,
Ağ atlar da çıxsın duman içindən.
Səsləyim gecələr ulduzu, Ayı,
Gecələr yenə də şair olum mən.
Ensin göy üzündən telli durnalar,
Qanlı yaraları yusun bir daha.
Namaz üstə ağlamasın analar,
Duaları uçub çatsın Allaha...