Adil Şirin - Bu şəhərdə
Bütün mövsümlərdə gül olur,
Süni güllər dünyasında
Dənizin sahilə atdığı balıqlar kimi
Yaşayırıq biz,
Həyat dalğalı coşqun bir dəniz...
Yalançı ilk bahar gəlir şəhərə,
Süni çiçəklərlə, süni güllərlə.
İndi mən gənclik illərinin həsrətiylə
Ürəyimin qan sızan yarasına
Kül basıram illərlə...
İndi hər şey röya kimi
Yalan olub əslində.
Mənim ömrüm
Talan olub əslində.
...Bu şəhərdə asfalt yanır,
Dağların gül fəslində...