YUBİLYARLA GÖRÜŞ

MƏDƏNİYYƏT 09:45 / 12.02.2024 Baxış sayı: 1580

                              

                                                 10 fevral 2024-cü il tarixdə AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana sisteminin akt zalında tanınmış şair, publisist, "Ədalət" qəzetinin baş redaktorunun birinci müavini, respublikanın əməkdar jurnalisti Əbülfət Mədətoğlunun 65 illik yubileyi münasibətilə oxucularla görüşü və imza günü keçirildi.

          Tədbirdə bölgənin çoxsaylı yazarları,ziyalılar və oxucular iştirak etdilər.

          Tədbiri giriş sözü ilə bölmənin sədri,yazıçı publisit Qafar Cəfərli açaraq yubilyarın həyat yolu haqqında ətraflı məlumat verdi. Əbulfət Mədətoğlunun təhsilindən, jurnalist olaraq müxtəlif mətbuat orqanlarında, xüsusən son 22 ildə  çalışdığı, böyük nüfuza və çəkiyə malik “Ədalət” qəzetindəki fəaliyyətindən,şair olaraq sözə olan sevgisi və məsuliyyətindən,  xarici ölkələrdə nəşr olunmuş kitablarından, əsərlərinin müxtəlif dillərə tərcümə olunmasından, görkəmli  elm və söz adamlarının  onun yaradıcılılğına verdikləri qiymətdən, layiq görüldüyü təltif və mükafatlardan, həmçinin şeirlərinə bəstələnmiş mahnılardan danışıb 65 illik yubileyi münasibətilə onu təbrik etdi.

          Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında Bölmənin ədəbi məsləhətçisi, şair Ağamir Cavad məruzə etdi. Məruzəçi Ə. Mədətoğlunun çoxşaxəli yaradıcığından söz açaraq onun həm publisist, həm də şeir yaradıcılığı barədə ətraflı çıxış etdi, ona həsr etdiyi essesini oxudu.

          Tədbirin aparıcısı Qafar Cəfərli  sözü iştirakşılara  verdi. Məxsusi olaraq tədbirə qatılmaq üçün Bakı şəhərindən gəlmiş  gənc və istedadlı şair  Ülkər Nicatlı; "Sözün işığı" qəzetinin baş redaktoru, şair  Ədalət Salman; "Zərban"TV-nin təsisçisi və baş redaktoru, yazıçı Hafiz Mirzə; yazıçılar Eldar Tahirov, Əlizadə Əsədov və  Qurban Əhməd; şairlərdən Sakit Üçtərəfli, Əhməd Haqsevər, Məmməd Əvəzoğlu, Ağaddin Babayev, Əyyub Türkay, Bəxtyar Əliyar; Əməkdar məşqçi İdrak Dadaşov, Qarabağ müharibəsi veteranları ictimai birliyinin Lənkəran bölməsi üsrə sədr müavini Saleh Dostiyev, rayonun tanınmış ziyalılarından Fəxrəddin Canıyev, Teyyub Rzayev, Ağadadaş Əliyev çıxış edərək yubilyarın yaradıcılığının müxtəlif məqamlarına toxunmaqla onu təbrik etdilər, peşəkar jurnalistik fəaliyyətində və bədii yaradıcılıqda uğurlar arzuladılar.

          Gənc şair, LDU-nun tələbəsi Aytəkin Əziz, şair Əyyub Türkay və yazıçı Qurban Əhməd yubilyarın şeirlərindən nümunələr ifa etdilər.

          Söz şair-publisist Əbülfət Mədətoğluna verildi. Yubilyar öz həyat yolu, yaradıcılıq məramları haqqında danışıb tədbirin təşkilatçılarına və çıxış edərək ünvanına xoş sözlər deyən hər kəsə minnətdarlığını bildirdi, iştirakçıların çoxsaylı suallarını cavablandırdı.

          Sonda  Əbulfət Mədətoğlu  nəşr olunmuş kitablarından avtoqrafla oxuculara və kitabxanaya hədiyyə etdi.

          Tədbiri bölmənin sədri Qafar Cəfərli yekunlaşdırdı. Xatirə şəkilləri çəkildi.

          Tədbir cənub bölgəsində uğurla fəaliyyət göstərən “Zərban” internet televizyası tərəfindən  lentə alındı.

                              AYB Lənkəran Bölməsinin sədri,

                              yazıçı-publisist:                                 QAFAR  CƏFƏRLİ