Yaralı halda ifası ilə məşhurlaşan qazimiz "Qarabağ"ı bu dəfə səhnədə oxudu - VİDEO

MƏDƏNİYYƏT 08:30 / 16.11.2023 Baxış sayı: 3641

Vətən müharibəsi qazisi Məbud Əhmədov bu gün "İqidlərin Sözü" layihəsində Beynalxalq Muğam Mərkəzində səhnəyə çıxıb. 

Yenises.az "Unikal" -a istinadla xəbər verir ki, Məbud müharibə zamanı yaralı halda ifa etdiyi "Qarabağ" mahnsını bu dəfə səhnədə səsləndirib. 

Onun ifası alqışlarla qarşılanıb.

Qeyd edək ki, Məbud Əhmədov Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. O,  Azərbaycan Milli Konservatoriyasının məzunudur.