XatirƏ   Rəhimbəyli : -  SƏNƏ

Ədəbiyyat 08:53 / 11.08.2024 Baxış sayı: 1359

Niyə taleyindən şikayətlisən ,

Niyə naz eyləyir dəyanət sənə?

Qoru sevincini,sınma kədərə,

Ömür-gün verilib əmanət sənə.

 

Aqillər adından paydı taleyin,

Nə tez istəyindən doydu taleyin?

İlahi sevgini qıydı taleyin ,

Vermədi azacıq inayət sənə...

 

Oldu ürəyimə bəxt daman kimi,

Keçdi səadətim çən ,duman kimi...

Sevə bilməmişəm sən uman kimi?!!

Nə gözəl yaraşır xəyanət sənə...