Xatirə Fərəcli: - Nə  olar ki...

Ədəbiyyat 22:49 / 25.01.2023 Baxış sayı: 1985

Hamını,

hər kəsi nəzərə alırıq

bircə könlümüzdən savayı.

Elə deyən,

belə deyən,

məni belə görmək istəyən…

Nə olar ki,

heç bir qınaq,

heç bir qoruq saymadan

içindəki özünlə qol-boyun olub

qopasan dünyadan.

Öz dünyasını özü quran dəlilər kimi.