Xatirə  Fərəcli: - İçəri şəhər

Ədəbiyyat, Gündəm 16:02 / 23.09.2022 Baxış sayı: 2461

 

İçəri şəhər..,

məhdudiyyət

və ümid...

bitirdim deyib nöqtə qoymaq istərkən

təzədən başladığın sevgi kimidir

dar dalanlar,

hisslər arasında qalmış kimi

qalırsan iki divar arasında.

Təzə həyat, təzə eradır sanki

hər bitən və təzədən başlayan dalan,

çox şeyə əl yelləyib boş verməyi öyrədir,

ələklənib

ələkdə qalan dostlara

oxunan fatihə kimidir

arxada qoyduğun küçə,

küçəyə sığmayan ürəklər görüb,

içində ürək olmayan tənlər

bu dər-divar,

təpiklər, tapdağlar görüb,

məhəbbətlə basılan addımlar,

meh sığalı,

külək öpüşü,

günəş təbəssümü görüb

bu daşlar,

soyuq sifətiylə neçə-neçə

qar, çovğun çöküb sinəsinə,

... kəpənək yuxulu,

köhnəlik qoxulu,

İçəri şəhər, İçəri şəhər...

Xatire Ferecli