Xanım İsmayılqızı : - Elə bilir ki...

Elə bilir ki, yağır - göydən canı qurtarır...
Elə bilir ki, yağır - həyəcanı qurtarır...
Buluda dönmək üçün yerdən keçmək vaxtıdı...
Selləri, dənizləri öpüb köçmək vaxtıdı...
Hünərin var, göyə yağ, bizdən də xəbər apar...
Çətirlə də islanır ruhu çılpaq olanlar...
15.04.2025.