Xanım İsmayılqızı : - Edəsən.

Ədəbiyyat 15:16 / 03.10.2024 Baxış sayı: 1539

Söz dilini qıfıllayıb,

Qulaqları kar edəsən.

Pərdəni gözlərdən çəkib,

Ömrü füsünkar edəsən.

 

Ruhların qidası olub,

Gözəllik libası olub,

Allahın duası olub,

Canını inkar edəsən.

 

Yaşatmayasan tab kimi,

Oxunasan kitab kimi,

Bir müqəddəs xitab kimi,

Hamını əfkar edəsən.

 

Qanadlarını gərərək,

Bu aləmə döndərərək,

Fəhmini göydən dərərək,

Rəbbi səbəbkar edəsən.

 

Söz dilini qıfıllayıb,

Qulaqları kar edəsən.

Pərdəni gözlərdən çəkib,

Ömrü füsünkar edəsən.