Vahid Paşayev: - ...bilirdim həyatın təzadlarla dolub daşıdığını

YAZARLAR 21:28 / 03.07.2025 Baxış sayı: 1338

...bilirdim həyatın təzadlarla dolub daşıdığını.Bu qədər yandırıb-yaxıcı olduğundansa xəbərsiz idim.Yatlb yuxu görmədən ayrıldıq,ayrıldıq deyəndə buna heç ayrılıq da demək olmazdı.Cismən aralandıq,ruhən izlədik hər addımını bir-birimizin.

Yaddaşı bütün vasitələrlə təmizləməyə çalışdıq.Yabanı çayır tək kökünü kəsə bilmədik yaddaşımızın,zaman-zaman cücərdi və cücərtisi iliyimizə qədər işlədi.Üzdə sakit görünsək də daxilən közərə-közərə sınağa çəkildik.Bacardığımız qədər dözdük bu yanğıya.Qəlbimdə xəyalən qərarlaşmağına baxmayaraq,ən çox arzu,istəyim üz-üzə,göz-gözə gəlmək,onu başdan ayağa süzüb surətinin böyüdülmüş formasını gözümün ehtiyat sandıqçasına köçürmək idi...

Bəzən reallıq təsadüflərdən doğur.Məclislərin birində gözlənilmədən rastlaşdıq,qabaq-qənşər gəldik.Üz-üzə dayanıb heyranlıqla xeyli baxışdıq.

Yaxşı qalmısan--dedim.Əvvəlkindən daha gözəl görünürsən.Mütənasüb dodaqlar,yanaqlar,baxışlar,..

jesti,yerişi,təbəssümü əvvəlkindən daha çox valehedici idi.

Gözüm gözlərinə sataşdı,qara gözlərinin lap dərinliyinə nüfuz etdi baxışlarım.Kaş baxmayaydım.O dərinlikdə gördüklərim məyus etdi məni.Yenə həyatından narazılıq,göz yaşları,şikayətlər sataşdı gözlərindən gözümə.Yaxşılığa doğru bir işartı görmədim orda.

Doyunca söhbət də edə bilmədik,əvvəllər olduğu kimi tələsha tələs,qaçha qaç,...-getməliyəm- dedi və getdi.Deyəcəklərim əvvəllər olduğu kimi yenə ürəyimdə qaldı.Tappatapla səs salan qatar,sanki məni gözləyirmiş kimi özünü yetirdi.Qapılar açıldı,bir ayağı perronda,o biri vaqonda,-salamat qal-dedi.Yaxşı yol -dedim.Yenə də unutdum,nə vaxt görüşəcəyimizi soruşa bilmədim.

Xeyli boylandım xatirələrimi də özü ilə aparan qatarın arxasınca,...və addımladım çıxışa doğru aparan pilləkənlərlə sarı...