v
Əbülfət Mədətoğlu : - ağacı
Qollarım sinəmdə düyün düşübdü,
Gözümə görünür hey Qarağacı...
Kövrək yaddaşıma söz ilişibdi -
Olub asıldığım o, dar ağacı!..
Düşübdü hardasa, atımın nalı
Cavabsız görürəm . mən bu sualı!
Hər anım. hər halım dili dualı -
Sevdirir özünü tək nar ağacı!
Üstümə əyilən kölgə bulutdu,
Onun bir adı da yara Umuddu!
Məni bu gecə də söhbətə tutdu -
Sevginin özüdü bu bar ağacı!
Saralır anbaan çiynimdəki tağ,
Əriyir Əbülfət adında bir dağ!
Sıxır kipriyimi , şırımlayır bax -
Ruhumun qonduğu qübar ağacı!..