Tahir Rzayev, Komitə sədri " Bir çox hallarda gətirilən toxumların keyfiyyəti çox aşağı olur."
jpg-1695059156.jpg)
“Xaricdən gətirilən toxumlardan yüksək məhsuldarlıq təmin olunmur”
Yenises.az xəbər verirki, gündəmə gətirilmiş mövzu ilə bağlı fikirlərini Bizim.Media saytına açıqlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev, aqrar sahənin inkişafının yüksək keyfiyyətli və məhsuldar toxum sortlarının yetişdirilməsindən və istifadəsindən çox asılı olduğunu bildirdi.
Bu sahədə bir sıra tədbirlərin həyata keçirildiyi söyləyən komitə sədri qeyd edib ki, belə sortların yetişdirilməsi hökumətin qarşısında bir məqsəd kimi qoyulub:
“Etiraf edək ki, bu gün əksər toxum sortları xaricdən alınır. Əsasən də taxıl və pambıq toxumları ölkəyə idxal edilir. Ancaq bir çox hallarda onların keyfiyyəti çox aşağı olur, yüksək məhsuldarlıq təmin olunmur, aqrar sektora çox ciddi ziyan dəyir və sahibkarlar çıxılmaz vəziyyətdə qalırlar. Artıq respublikamızda bu sahənin inkişaf etdirilməsi çox vacibdir”.
Müsahibimiz, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq dövlət orqanlarının qarşısına mühüm vəzifələr qoyulduğunu bildirib:
“Xüsusilə də toxumçuluq təsərrüfatının inkişaf etdirilməsi, yeni toxum sortlarının yetişdirilməsi və məhsuldar toxumların fermer təsərrüfatlarında tətbiq olunması kimi işlər gündən-günə sürətləndirilməkdədir. Kənd təsərrüfatı nazirliyi tərəfindən müəyyən tədbirlər keçirilir. Bəzi toxumçuluq təsərrüfatları yeni sortların araşdırılması ilə məşğul olurlar. Bu da gələcəkdə həmin sahənin yüksək səviyyədə inkişaf edəcəyinə ümid yaradır”.
T.Rzayev toxumçuluğun çox çətin və zəhmət tələb edən bir sahə olduğunu diqqətə çatdırıb:
“Amma nə qədər çətin olsa da, ölkəmizin gələcək inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyətə malikdir. Əgər yüksək keyfiyyətli toxumlar əldə edə bilsək, taxılçılıqda daha yüksək məhsuldarlıq əldə etmək olar. Belə ki, 1 hektardan 45 -50 deyil, hətta 70-80 sentner məhsul toplamaq olar.
Bu yaxınlarda Naxçıvanda aqrar festival keçirildi və bir sahibkarın hər hektardan 95 sentner məhsul götürməsi təəccüblə qarşılandı. Hazırda Muxtar Respublikanın kənd təsərrüfatı nazirliyinin təşəbbüsü ilə həmin istiqamətdə yaxşı işlər gedir. Bu təcrübənin artıq ölkədə geniş yayılması vacibdir. Həmin toxumlar daha geniş sahələrdə tətbiq olunmalıdır”.