ŞİRİNƏLİ  GÖYTƏPƏLİ : - SAVALAN

Ədəbiyyat 16:09 / 20.11.2023 Baxış sayı: 3004

Əziz şair qardaşım Əbülfət Mədətoğlu!

                Göndərdiyim bu poetik parçanın müəllifi əslən Cəlilabadlıdır. Göründüyü kimi qəlbi, ruhu vətən eşqi ilə doludur. O da bu taylı olsa da o taya qovuşmaq həsrəti ilə yazıb-yaradır. Lakin taleyi elə gətirib ki, son vaxtlar köçüb Qazaxda yaşamağa məcbur olub.  “Hikmət və Məhəbbət” adlı şeirlər kitabı çap olunub. Hərdən bir görüşürük.  Yazdığı şeirlər və poemalar Ulu Şəhriyara məhəbbət və hörmət hissi ilə zəngindir. Onun “Heydər babaya salam” poemasının təsiri altında yazdığı bir poemadan bir parçanı çap etməyinizi xahiş edirəm. Hörmətlə, Barat Vüsal.

 

 

 

SAVALAN

                                                                         (poemadan parça)

 

                                                               Ay Savalan, dağlarımın dağısan,

                                                               Ana yurdun bağçası sən, bağı sən,

                                                               Bir silsənə ürəyimdən dağı sən,

                                                               Görən nə vaxt bu ayrılar birləşə,

                                                               Bizim də bir bəxtimizə gün düşə.

 

                                                               Yetmədi bir Şəhriyara əlimiz,

                                                               Yad əllərdə topuq çaldı dilimiz.

                                                               Açmamışdan solmadadı gülümüz,

                                                               Arzuların qanadına qan düşüb,

                                                               Həsrətlilər yuxularda görüşüb.

 

                                                               Şirlər olub bic tülkünün dustağı,

Çəkdirirlər  aslanlara göz dağı,

Kim olacaq bu mərdlərin dayağı,

Zaman adlı hakim niyə yubansın,

Hökm versin, şir, aslan haqqın alsın.

 

Ay Savalan, ulu xalqın var sənin,

Alma sənin, heyva sənin, nar sənin,

Ana yurdda nə istəsən var sənin,

O, nədir ki, qucağında bitməsin,

Şeir sənət ocağında bitməsin.

 

Şəhriyarım, el həyanım, el dağım,

Əlindədir şeir sənət bayrağım.

Çətin gündə arxam, elim dayağım,

Olmayaydı heç bir yasaq, qadağa,

Nə gözəldi arzulara gün doğa.

 

Ay Savalan, igid ərlər doğginən,

İqbalı xoş, hünərvərlər doğginən,

Çiçək açan xoş səhərlər doğginən,

Müsəlləhsən hazır saxla yarağın,

Bəlkə onda şölələnə çırağın.

 

Ay Savalan, ana yurdun dağısan,

Nə çəkirsən bu fil çəkməz dağı sən.

Qəm çəkmə ki, yadlara göz dağısan,

Ana yurdun dövləti sən, varı sən,

Vəfalıya əbədi ilqarı sən.

 

 

 

Savalanım, bütövlük haqq diləyim,

Nə dadlıdır sənin duzun, çörəyin,

Bütöv olsan niskil qalmaz ürəyim,

Türk yurdusan, azadlıq haqq savaşın,

Arxandadı Turan elli qardaşın.

 

Qardaşındı Baba dağı, Şah dağı,

Laləzardı Murov, Keyti yaylağı,

Sinən geniş Kür və Araz ovlağı,

Yarlığında qaynar atəş bulağı,

Dünyamızı tutub onun sorağı.

 

Savalanım, yurda gərək olginən,

Bir vətəndə vahid ürək olginən,

Qəlbimdəki arzu-dilək olginən,

Arzuların açmadadı çiçəyi,

İgidlərin hasil olar diləyi.

 

Bir məsəldir haqq incələr, üzülməz,

Bir dərdliyəm, elə dərd ki, dözülməz,

Gözlərimdən ürəyimə süzülməz,

Dərdə əlac xoş niyyətim-azadlıq,

Ədədilik səadətim-azadlıq!