Sinan Oğanın bacısı oğluyam deyən gəncin yalanı üzə çıxdı

Maraqli 13:49 / 26.05.2023 Baxış sayı: 1454

İkinci tur prezident seçkiləriylə bağlı şəhərdə reportaj hazırlayan jurnalist ilginc hadisəylə rastlaşıb. 

Yenises.az xəbər verir ki, mikrofon qarşısına çıxan bir gənc Sinan Oğanın doğma bacısı oğlu olduğunu iddia edib. O, çıxışı zamanı Ərdoğanı dəstəkləyəcəyini deyən əmisinin səhv etdiyini və Kılıçdaroğluna səs verəcəyini bildirib. 

Sosial şəbəkələrdə süjet müzakirələrə səbəb olduğu üçün haqqında danışılan gənc həqiqəti deməyə məcbur olub. O, Sinan Oğanın bacısı oğlu olmadığını və bunu zarafat üçün dediyini bildirib. 

Gəncin açıqlamasına Sinan Oğan da zarafatyana reaksiya verərək bunları deyib: “Bir sürü trolu üstümə hücuma göndərdin, bacıoğlu!”.