Sinan Oğan Qarabağdan danışdı - "O uğuru boğmaq istəyənlər var"

Gündəm 07:47 / 26.05.2023 Baxış sayı: 1745

v

Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm. Qarabağda uğur qazanılıb, amma unutmaq olmaz ki, o uğuru boğmaq istəyən struktur var.

Yenises.az Teleqraf.com-a istinadla   xəbər verir ki, bu sözləri “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan deyib.

"Mən Qarabağda əldə olunan uğurun fərqindəyəm. Amma bunu yox etmək istəyənlər var", - o bildirib

Onun sözlərinə görə, Türkiyədə sabitlik Azərbaycan, Qazaxıstan, Türk dünyası, Turan üçün vacibdir: "Mən bir türk millətçisi olaraq HDP-nin tərəfini tutsam, özümü inkar etsəydim nə edərdim? HDP-nin “Kılıçdaroğlunu dəstəkləyirik” dediyi yerdə türk millətçisi olmayacaq. Mustafa Kamal Atatürkün masasında oturacaq prezidentin kürəyində heç vaxt HDP və ya PKK-nın kölgəsi olmayacaq, buna imkan verməyəcəyik".