Saqif  Qaratorpaq : -  Dəniz  servdası 

Ədəbiyyat 21:30 / 31.01.2023 Baxış sayı: 1078

 

Hara çəkir məni dəniz sevdası,

Sonu bumu görən eşqdə batmağın?

Zalım,dəniz gözlərini görəndən

Tərgitmişəm uzun-uzun yatmağı.

 

Bir demirsən,hara üzür bu gəmi?

Yoxmu barı yelkən olmaq istəyin?!

Çözələsən bir ömür də qurtarmaz

Bir ucundan incikliyin,gileyin...

 

Neçə vaxtdı əllərindi limanı,

Indi üzüb,axı,harda dayansın?

Yoluna çıx,qoy azmasın dumanda,

Yaman düşür ayağının sayası.

 

Hara gedir,yox özündən xəbəri,

Eşidərsən,bir gün batıb sularda...

Ömrüboyu üşüyəcək bir şəkil

Neyləsən də qəlbindəki divarda...

 

Külək əsir...tufan gəlmir eyninə,

Qaçıb gözdən,öz içinə yığışıb.

Üzüb gələr yenə həmən sahilə,

Axıb gəlsə gözlərinin işığı.