Şakir Xanhüseynli : - SON YEDDİ ŞƏHİDİMİZİN ƏZİZ XATİRƏSİNƏ...

Budandı bir 7 budaq,
sızıldadı 7 kök...
7 ulduz birdən axdı,
sanki çat-çat oldu göy...
Elə bil sozaldı, soldu
7 ahəng, 7 rəng...
77 yerə çək də,
7-nin hər biri görk...
7 evin qəlbindəki
hiss hamının, hamının...
Şəkildə gözü dikilib
görüm, mənə hansının...
7 dağın od-atəşi,
hey dumanlı 7 dağ...
Alovlanır çatırtıyla
köksümdə 7 ocaq...
17.11.2021