Şakir Xanhüseyn : - İKİ bir şeir
***
sükutu dilimləsən,
səslərə bölünəcək...
bax, dincəldin bir xeyli-
əldən düşdün, ey ürək...
şən-şaqraq nəğmələri
dinləyirsən üzücü,
bir ailə üyəsi
tamam yad və yabançı...
bir evə gəlib
bir evdən də gedirik,
şupşumal əllər qabar...
gül gülü çağıran
bir məkandı səhralıq,
sabahlara
heç bir ümid yoxdu var...
sular ağ köpük-köpük,
çaylar dərindi dayaz...
yayın bir qış günüdü,
vay, nə istidi ayaz...
2.***
çox-çox yaxınsan uzaq,
hər daşın üstə səkmə.
daha məndən əl çək də,
amma əlini çəkmə...
getdin, hələ burdasan,
yanında yadındayam...
doğmaca yuvasında
azmı yuvasız adam...
sağınla yeri sol, sol,
and iç, çox susuzsan e...
bir az çılğın sakit ol,
heç nə demə bir söz de...
o dağ bulud bir əlçim,
yağış yağır quraqlıq...
canında xəstəliyə
aparan bir yol sağlıq...