Sabir Zəkullaoğlu : - "Pul  fənni"  tədris olunsaydı..

YAZARLAR 10:41 / 15.04.2024 Baxış sayı: 1285

Orta məktəbdə oxuyanda bizə traktor dərsi keçirdilər.

Bütün fənlərdən olduğu kimi, traktor dərsindən də əla qiymətlər alırdım..

İndi düşünürəm ki, necə də vaxtımızı boşa xərclətdirublər e...

Ondansa bizə pul dərsi keçsəydilər..

Pulu necə qazanmaq, pulla necə davranmaq, onu necə saxlamaq, necə fırlatmaq, istehsala yönəltmək, faizə vermək, banka yerləşdirmək, necə və hansı sahələrə yatırım etmək..

Düzdür, nəzəriyyə heç də hər şey deyil. Ancaq hər halda ilkin informasiya, ilkin tanışlıq izsiz ötüşməzdi, beynimizdə bir iz qoymuş olardı..

Bu fən tədris olunsaydı, yəqin ki, "Pul fənni" ni tədris etməyə həm də pullu bir müəllimə ehtiyac olardı.

Yoxsa şalvarı yamaqlı adam necə gəlib bu fənni tədris eləsin..

Mənə rast gəlib..

Bəzən özünə pencək ala bilməyən adam, görürsən ki, ölkənin ən yaxşı elm ocaqlarında biznesin idarə olunmasından, bank kredit siyasətindən, pul və əmtə dövriyyəsindən dərs deyir..