Sabir Zəkullaoğlu : -  Ən yaxın keçmişimizə   BAXIŞ

YAZARLAR 13:33 / 13.06.2024 Baxış sayı: 1408

Andrevka, Petrovka, Kirovka, Novoqolovka, Sevetlizarya, Seyidbazar, Məşədilər...

Bunlar hamısı Cəlilabad inzibati ərazi vahidinin toponimləridir.

Yəni yer adları-kənd adlarıdır...

Ən yaxın keçmişimizdə..

Bu adların bir çoxları hələ da dəyişməyib. Olduğu kimi qalıb. Yeri gəlmişkən, Məşədilər, Seyidlər var, nəyə Hacılar kəndi yoxdur, maraqlıdır..

Əslində, Azərbaycanın ən kasıb rayonu, yəni əhalisi ən kasıb şəraitdə yaşayan rayon məhz Cəlilabad rayonu olub.

Yəqin bu səbəbdəndir ki "həc ziyarətinə" gedənlər az olduğundan hacılar kəndi yaratmağa fürsət olmayıb..

Toponimlərə baxanda belə anlaşılır ki, elə bil bu ərazi Rusiyanın ərazisidir. Sadəcə bir iki ərəb kəndləri də var..

Türkə aid heçnə yoxdur..

Sonra da deyirik ki sovet rejmi dinsiz, ateist rejim idi..

Rus imperiyası bizim dinimizə toxunmadı. Milli kimliyimizi-türkçülüyümüzü əlimizdən aldı. Unutdurmağa çalışdı və müəyyən qədər buna nail oldu.

Rus imperiyası istəsəydi, nəinki "məşədə, həccə getmək" , heç namaz qılmağa da imkan verməzdi.

Necə ki, türk sözünü bütün toponimlərdən, elmi və bədii ədəbiyyatdan, hətta dilimizdən çıxatmışdı..

Türk sözünü, Azərbaycanda yaşayan qeyri türk millətləri, bizə, türk deyə müracət etməklə yaşatdılar..

Sağ olsunlar!

Salam olsun deyirəm, yurdumun talışına, avarına, ləzgisinı, kürdünə..