Sabir Zəkullaoğlu : - Belə bir deyim var, deyirlər...

YAZARLAR 21:04 / 30.09.2024 Baxış sayı: 1092

Atam rəhmətə gedəndə mənim iki yaşım olub. Təbii ki, heçnə yadıma gəlmir.

Ancaq əmim yadıma gəlir. O rəhmətə gedəndə hardasa 10, 12 yaşım olardı..

Əmim namaz əhliydi.

Hər dəfə əmim oturduğu yerdən ayağa duranda "ya əmiri ərəb" deyə bir ifadə işlədirdi...

Bir dəfə soruşdum, əmi, sən bu ifadə ki, işlədirsən, "ya əmiri ərəb" bu nə deməkdir?

Dedi, "qələtüvü elə, öz işinlə məşqul ol"...

Mən hələ indi, əmimin ifadəsini ən azı Şərif Ağayar qədər redəktə elədim..

Əmim daha sərt tərzdə ifadə etmişdi..

Sonradan, az çox özümü, ərəbi və ərəbin işğal etdiyi coğrafiynı tanıyandan sonra, bu ifadənin nə demək olduğunu dərk etdim və çox üzüldüm..

Belə bir deyim var, deyirlər, " dədə babalarımızın getdiyi yol"....

Qardaşım, zaman dəyişir, şərtlər dəyişir. Biz nəyə görə dədə babalarımızın yoluyla getməliyik...?!

Bu gün İslam coğrafiyasında ədalətsizlik, rüşvətxorluq, qohumbazlıq, məhəllə təfəkkürü, qəbilə təfəkkürü, cəhalət, xurafat baş alıb gedir..

Məni məhvərimdən çıxaran bir şey var. Bu qədər informasiya bolluğunda, bu insanlar niyə ayılmırlar...?

İnanın.

Ətrafımda əmimin düşündüyü kimi yüzlərlə adamlar var.

Çoxu da mənimlə ünsiyyətdən qaçır..

Onların mənə yazığı gəlir...

Deyirlər, allah səni hidayət eləsin..

Soruşsan hidayət nədir, yəqin ki, bu ilki olimpiya çempionumuz Hidayət Heydərovun adını çəkəcəklər..

Hidayət demişkən..

Gör hələ futbolumuz nə gündədir?

Mən evdə, ailədə də uşaqlarıma deyirəm. Əzizlərim, bəlkə mənim başım pozulub?

Siz doğru bildiyiniz yolla gedin...

Baxmayaraq ki, uşaqların təhsil almasına kömək olub, hər cürə dəstək olmuşam.

Məsləhətim gənclərdir.

"Atam belə dedi" , "anam belə dedi" , "kəndin mollası belə dedi" kimi dəyərlərlə yaşamayın..

Ağlınız, məntiqiniz, düşüncəniz nə deyirsə onun arxasınca gedin..

Başqasının məsləhətindən əziyyət çəkincə, öz səhvinizin əziyhətini çəkin.

Bu səhv sizə böyük bir təcrübə olacaqdır..