QÜRUB yazdı Ələddin Əzimli

Bu şeiri sənə yazdım.
Bunu
bir sən biləcəksən,
bir mən,
bir də yaradan.
Nə olar yaş ötəndə,
hisslər
qüruba enəndə.
Ancaq unutmayaq
bu günün sabahı da var.
Oyanıb görəcəksən
çox şey öz yerindədir-
sevdiyin çiçəklər,
təravətli duyğular,
gözəllik vəd edən ilk bahar.
Amma
səndən də,
məndən də çox uzaq.
Dərindən düşünsək,
belə yaxşıdır.
Çünki
bütün uzaq sevgilərin
dadı, tamı, üzücü həsrəti
tamam başqadır,
əlçatmaz xəyallar kimi...