QURBAN - GÜL MAYA FEYRUZQIZI

Niyə kövrəlmisən ?
Niyə dolmusan ?
Qəmli - qəmli baxan
gözünə qurban.
Alıbdı üstünü kədər buludu
Pərişanlıq yağan üzünə qurban.
Ayrılıq sinəmdə naxış toxuyur,
Sevincin üstündə kədər oxuyur.
İndi duyğuların həsrət qoxuyur,
Məhəbbət ətirli sözünə qurban.
Bir bax ürəyimdən qopan haraya,
Fələk möhür basdı bu haqqı - saya.
Səndən uzaqlarda üşüyür MAYA.,
Həniri azalmış közünə qurban.