"Qarabağ nümayəndələri “5-ci kalon”un bir hissəsidir" -Stepanyan
"Dağlıq Qarabağın nümayəndələri özləri də Artsaxı dağıtmaq yolu ilə gediblər, ona görə də deputat da ola bilməzlər".
Yenises.az xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.
O, parlament sədri Alen Simonyanın Dağlıq Qarabağ rəsmisinin artıq mövcud olmadığı ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşdığını deyib: "Hesab edirəm ki, onların işlətdiyi başlıqlar reallığa uyğun gəlmir. Onlar özlərini təqdim etsələr də, heç nə dəyişmir".
Stepanyanın fikrincə, Ermənistanda qondarma DQ nümayəndələrinin olması yalnız Rusiyaya sərfəlidir: "Əlbəttə, Rusiya istəməz ki, Dağlıq Qarabağ rəsmiləri artıq ölkəmizdə olmasın, onları təmsil edən bina olmasın. Əgər belə olmasaydı, Samvel Şahramanyan Ermənistana helikopterlə gəlmək əvəzinə, indi Bakı həbsxanasında olardı. Əgər o, buradadırsa, deməli, onun xüsusi missiyası var və o, öz imkanları, gücü daxilində həmin missiyanı yerinə yetirməyə çalışır".
Politoloq bu missiyanın nə olduğunu belə şərh edib: "Vəziyyəti daxildən gərginləşdirmək, ölkədə hələ həyata keçirilməyən problemlər yaratmaq, amma imkanları olsaydı, şübhəsiz ki, o addımı atardılar. Bu adamlar Ermənistanda “5-ci kalon”un bir hissəsidir. Dağlıq Qarabağın bu elitası uzun müddətdir ki, Rusiyanın maraqlarını qoruyur, hətta öz xalqının maraqlarını belə üstün tutmur. Qarabağın dağıdılmasının səbəblərindən biri də budur".
Stepanyan hesab edir ki, DQ nümayəndəliyinin binasının vacibliyi və məmurların olması ilə bağlı iddialar atributdur və DQ məsələsi heç bir binaya və ya Şahramanyanla baxılmamalıdır.