Qalib Şəfahət : - Qəlbimə ilmə salıb

Ədəbiyyat 19:30 / 29.02.2024 Baxış sayı: 2962

 

 

Bu payız dərd püskürür,

Tez soyunub ağaclar.

Buludlar qısır qalıb,

Daha yağmır yağışlar.

 

Nə danışıb, nə dinib,

Talehin üzü dönüb.

Gözünün odu sönüb,

Can yaxmayır baxışlar.

 

Hər tərəfi dərd alıb,

Məni kəməndə salıb,

Qəlbimə ilmə salıb-

Sən vurduğun naxışlar.