Oxudum - yazdı Əbülfət Mədətoğlu

Düşünmə ki. ağ günümə güvənib
Duaları ağ üzünə oxudum...
Öz- özümü söykəyərək divara -
Günahları bax , üzünə oxudum...
Yazım nədi? - yaşadıqca çözüldü
Hər yaşama ilahi eçq özüldü!
Mənə necə, hara qədər dözüldü -
Daş üzünə, dağ üzünə oxudum...
Yarpaq yarpaq, çiçək çiçək puçurdan
Öz könlünü kəpənək tək uçurdan ...
Söküldüyün görəndən mən bu cür dan -
Ağac. həm də bağ üzünə oxudum...
Külək çırpan sünbülü, həm zəmini
Dəyirmanda gördüm - son da qəmini...
Anlamağa çalışdığım dəmini -
Qönçə, bir də tağ üzünə oxudum...
Fərəhlənən, qürrələnən bəndənin
Təklik kəsdi vüsalına bənd əlin!
Tay ömrümlə ödəyərək bədəlin -
Haqqın bunu , sağ üzünə oxudum!