Müğənni Rəhim Rəhimli VƏFAT ETDİ

Gündəm, MƏDƏNİYYƏT 09:04 / 30.09.2022 Baxış sayı: 1998

Tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimli vəfat edib.

Yenises.az  xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev özünün "Instagram" hesabında məlumat yayıb.

Müğənni gecə saatlarında ürəktutmasından dünyasını dəyişib. Xalq artisti Faiq Ağayev və bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər. 

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. O, bəstəkar, müğənni və aktyor kimi 2006-cı ildən səhnədə idi.