Manaf Ağayev oğlunun həbsindən DANIŞDI

MƏDƏNİYYƏT 08:36 / 14.03.2023 Baxış sayı: 2385

 

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Yenises.az bildirir  ki, məsələ ilə bağlı "bizim.media" sənətçi ilə əlaqə saxlayıb.

M.Ağayev baş verən hadisəni belə şərh verib:

"Oğlumla bağlı yazılanlar doğru xəbərlərdir. O, həqiqətən də sükan arxasında içkili vəziyyətdə olub. Qanunları pozduğuna görə də həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Başqa heç bir şey demək istəmirəm".