Kəramətdən ÖZƏL : - "ƏN YAXŞI MÜSƏLMAN KİMDİR?"-
"ƏN YAXŞI MÜSƏLMAN KİMDİR?"-
soruşulur HZ. Məhəmməddən. Cavabı-Öz işini, ixtisasını bilən və yerinə yetirəndir,- anlamı daşıyan bir cavab verir. Hər gün neçə rükət namaz qılan, oruc tutan, Məkkəyə gedən demir.
Bu yanaşma cəmiyyətdə LƏYAQƏTə nə qədər önəm verildiyinin işarəsidi, həm də. İndiki zamanımızda , müsəlman ölkələrində nizamı, meyarı pozulan da bu ləyaqət hissidi. İstər idarəetmədə, istərsə də çoxluğun baxışında. İş o yerə çatıb ki, bir deputat xalqın rifahı xeyrinə bir söz deyincə aşırı dərəcədə sevincimiz heyrət həddinə çatır, bayram edirik. İşi budu da..normal düşüncədən uzaqlaşmışıqsa, ta nə deyim. Taksi, aftobus sürücüsü sərnişinlə normal söhbət edəndə evimizə qədər xoşbəxt oluruq. "JEK" rəisinə zibil pulu adıyla rüşvət verib özümüzü aldatmaqla belə əclafı yetişdirdiyinə görə atasına rəhmət oxuyuruq.
Maşın sürməyi bilməyən adama sürücülük vəsiqəsi verəndə qəza törətməyinə, cinayətinə şərik olmuruqmu. Özü də nə yazdığını bilməyən, doğrudan doğruya şöhrət manyakı hələ özünü zühur eləmiş Mehdi sayan başıxarablarla ədəbiyyatımızı doldurub kütləni aşındırır və belə duyğu aşılayırıq ki, kosmonavt da, bənna da, fermer də , həm də şair ola bilər, o həddə ki, mütəxəssis, həyatıyla, ruhuyla ustad sayılacaq birinə də dil uzadacaq qədər ağlını qaçırmış olacaq. Elmi-filoloji yaradıcılıqla bədi yaradıcılıq arasındakı fərq də onların biri-birinə keçişgənliyinə qırmızı işıq yandırır. Yəni almayla armudu, sapla samanı qarışıq salmayaq, düzdür ki, elə mexanizm-şərait yaradılır ki, LƏYAQƏT ə yer qalmır, çünki BİR nəfərdən başqa heç kimin əhəmiyyəti qalmır. Müsəlman dünyasının hazırkı bəlası doğru-düzgün müsəlman olmamasıdı. Yəni öz işini bilmir bir yana, bilməməyi alimlik sayır. "Belə gəlib belə gedəcək"lə keçişdirməyin, "belə olmaz"la yaşamın qarşısına çıxın. Bazarda əsas bazarkomdu, piştaxtanı da, satıcını da müəyyənləşdirən odur. Satmağa heç nə qalmayanda başa-torpağa, əkin-biçinə,istehsala sarılanda mütəxəssis tapılmaz. Toplum halında ağıl testindən keçmək gərəkəndə sinifdə qalmaq qorxumuz da var. Təsəvvür edin ki, özünü əmtəəyə çevirən kütlə vaxtı keçmiş, zay məhsula çevrilir.
Avropa Türkiyəyə qaçqın-köçgünlərə görə pul verir ki, burda qalsın, ancaq müəyyən limitlə, mütəxəssisləri qəbul edir. Məs. 10 milyondan 1-2%..yəni yararlı olanları, qalanları at zibil yeşiyinə. Yaxşı ki, müsəlman coğrafiyası var, yoxsa...harda çürüyərdik?
Nə qədər öz işinin əhliysən, o qədər müsəlmansan, indi özünüz hesablayın, bizim müsəlmanlığımızın-adamlığımızın ölçüsünü .