Kəramət TƏQDİM EDİR: - ÜÇ GƏNCİN BİR YOLU...
HAMININ BİR ALLAHI
-Uçurulmuş qalanın son divarına dualar edərkən mənə məkan lazım deyil, -dedi bir yəhudi.,- qəlbimdəki son divardan bir qala ucaltmaq niyyətim var, məni o divara bağlama.
--Mənim üçün kilsə zəngi çalma, o zamanda ki, onu sən müəyyənləşdirmisən,-dedi xristian gənc,-həmin vaxt mən şərqi oxuya, şərab da içə biərəm., o qədər üst-üstə çalınan kilsə zəngləri var ki, izn ver özüm ömrümün zamanına yayım bu kilsə zənglərini.
-Məni əzanla çağırma Allahın evinə, çağırma, mən heç Allahdan ayrı düşmədim, Allahın evindən kənarda deyiləm ki..gündə beş dəfə məni haraylayasan,-pıçıldadı müsəlman gənc.
Sonra ildırımla asiman tən ortadan yarıldı. Müsəlman, xristian, yəhudi gəncin uşaqlıq yuxularında gördüyü uzun saqqallı, nur içində, əbalı, əlində sehrli dəyənək-əsa YARADICI peyda oldu;
-Mən sizi son dəfə uyarır, xəbərdar edirəm, Bütöv-Bir parçalanmaz, özünüzü parçalamayın, parçalana-parçalana toz oiacaqsınız, Birə-Bütövə qayıdın, Yer üzü didişmə meydanı deyil,-səsiylə bir kar sükut yarandı...
Bu üç gənc dəfndən qayıdırdı..yenə biri əzan səsinə, biri uçuq divara, biri də kilsə zənginə sarı gedirdi.