Kəramət : - Ona "PƏLƏNG" dedikcə

YAZARLAR 08:35 / 31.07.2024 Baxış sayı: 3533

Ona "PƏLƏNG" dedikcə

...daha çox qürurlanır, umudulmuş keçmişini yaşayır (dı). Öyrəşdiyimiz pişik yeriş-duruşundan əsər-əlamət yoxdu onda.

Mal yiyəsinə oxşar,-deyiblər, amma mənə elə gəlirdi ki, o pələngliyini-ilkinliyinin özgücündən əmin-arxayınlığı içindədir.

O, sığallanmaqçın doğulmamışdı, sevgiyə layiqdi və onu görürdü., qayğı da dozasını aşmasın gərək.

İnsana da qürurla yaşamağı təlqin etmək gərək... məzlum, bicarə, "inşaallah-maşaallah", "ilahi", "şükür" və s. bu kimi kəlmələrlə, şeirimizdə daha çox, duyğularla bilərək-bilməyərək köləliyi, dilənnçi psixologiyası aşılanır, baxın şairlərin leksikonuna, hansında yuxarıdakı sözcüklər çoxsa...öz obrazı da odur, oxucusunu da misginləşdirir.

Bu isə ..məhz mənim pişiyim-Pələngimin orijinal fotosudur...

"Pələng" dedikcə daha qürurlu durur-baxırdı və həmin anı şəkilləndirdik...

İNsanı-heyvanı-ağacı-quşu ümumdüşüncə-duyğu dövriyyəsi birləşdirir və hamı ətrafıyla anlaşır, əslinə qalsa...

İndi fotosuna baxıb çağırıram;

-PƏLƏNG, PƏLƏNG..

....O, məni eşidir, əlbəttə, ömür divarının o üzündən.

Возможно, это изображение кот