Kəramət : - KÜTLƏLƏR TARİX YAZMIR, YARATMIR

YAZARLAR, Gündəm 09:58 / 23.09.2022 Baxış sayı: 1946

 

bütün tamaşaların baş rol oynayanları, kütlələri arxasınca aparan qəhrəmanlar olur.. Kütlələr kütləvi səhnələr üçündür. "Qəhrəman xalq" olmadığı kimi "Qorxaq xalq" da yoxdur.

Əslində, xalqlar, dövlətlər öz qəhrəmanlarını-öndə gedən düşüncə sahiblərinin qanına susamış tarix boyu. Sonra o yeni Şairə, alimə, qəhrəmana görə yox, onun göstərdiyi yola möhtac olduğunda ölüsünə heykəl qoyub, dirisini sevməyib.

Əslində, bir kommunist qəzetifason bir qəzetin redaktorunun dünyada poeziyamızı təmsil edən birinə- Səni qəzetimdə çap eləmişəm,-deməsi qədər aşağılıq yanaşmasını xatırlayaraq indiki, bir az da hiddətlə yazıram..Bir müəllim əlaçı şagirdə "əla" qiymət verməyi minnət kimi irəli sürə bilərmi, bir dövlət evsiz insanını evlə təmin etməyə borclu deyilmi, mənim işim istedadla yazılan bir şeirə qanad açmaq deyilsə, bəs nədir? Mən utanmalıyam ki, bu günə qədər bu istedadlı şairi görməmişəm, sən kor olmalısan ki, ehtiyacını ödəməmisən. Məndən onadan bundan təşəkkür gözləmə, get öz işini ləyaqətlə yerinə yetir, bacarıq, elm,istedad cinayətkarısan, əks təqdirdə.

İndi gərginəm, bir az soyuqqanlı yanaşma, əhatəli qeydlər gərəkdi...əlbəttə.

Bir Türkiyəli şairlə söhbət əsnasında ,-

-Mən indi bildim ki, necə gərəkmiş

Mənə ayağıma dəyən daşım da.,-dedim,

-kimindi soruşdu, Məmməd İsmayıl adını çəkincə elə ucadan sevindi ki..düşündüm, biz niyə öz istedadlarımıza sevinə bilmirik axı?

Nə..isə..bitirirəm..bu mövzuya bir az əhatəli qayıdacağımı düşünürəm.