Kəramət : - KÜTLƏ QORXULUDUR...SEVGİSİYLƏ DƏ
...hər yerin Yalqızı da, oğrusu da-doğrusu da, məmuru-prezidenti , alkaşı da özünə oxşar....bir jurnalistin müşahidəsi möhtəşəmdi..çox düşündüm onu dinləyəndə...
"Prezidentin təyyarəsində jurnalistlər Möhtərəmlə söhbət etdiyi zaman hava sərhəddini keçəndə əvvəlki səmimiyyətdən əsər-əlamət qalmadı"-hə, sizcə də maraqlı müşahidə deyilmi?
İngiltərədə "Yalqızlar nazirliyi" yaradıblar illər öncə, ingilis yalqızıyla yapon yalqızı eyni deyil...rəhbərləri də biri-birinə bənzəməz...Yaponiyada 15 dəqiqə nədir, 15 saniyə qatar geciksə, məsul şəxs ya istefa, ya da xarakari edər...
Məncə, bizdə yalqızlıq duyğular sadəcəı istismar olunur və oynanılır...eynən 10 ildi Xoşqədəm-Zaura baxmağa məhkum olub onları söymək kimi...
-Doğrudanmı 10 ildən çox T/V-lərə baxmırsan? Niyə?
-Özümü, Ruhumu-düşüncəmi qoruyuram. Seçirəm, baxıram, çox az. Adam xəstəlikdən özünü qorumalıdır, maska taxmaq kimi bir şey..
..belə bir dialoq. İndi hava da çox çirklənib,
SosiolojiEko sistem də...vamrirləşib adamlar. Şeirini-sözünü, üzünün nurunu, düşüncəni, enerjini əmirlər..qan gələndə qaçırsan ki, heç olmasa qan qalsın...
Kimdən qidalanırsansa, enerji alırsansa, mənəvi anlamda-lap filmə, rəsmə bax, Düşünürlərlə düşün ,onunla həmsöhbət ol, axşam evə gedəndə tükənmiş, yorulmuş, əzgin olmayasan.
Heç nədən ruhunu yüksəlməsi də, oturduğun yerdə yorğun-arğın düşməyin də ətrafınla, sənə yüklənmiş mənfi-müsbət enerjiylə bağlıdır.
Vampirləşmə iqtisadi tənəzzüllə başlar...fiziki qida tapmayanlar biri-birinin haqqını yeyər, südünü əmər...ACLIQ DAVAM ETDİKCƏ BİRİ-BİRİNİN QANINI İÇMƏYƏ BAŞLAR. (Hələ biri-birimizin qanını içmirik ki, şair şairin qanını işən mühitdə)
Qəddafinin, Səddam Hüseynin, Bəşər Əsədin başına gələnlər toplumun vampirləşməsi-vampirləşdirilməsiylə bağlıdır. Təbii ki, imperializmin ssenarisi....amma bəs sən EY SƏHƏRDƏN-AXŞAMA NAMAZ QILAN SƏN? BİR OVUC ƏMDİ BÜTÜN XALQI, AC SAXLADI, HƏM FİZİKİ, HƏM MƏNƏVİ....
Hökmən alman olmaq lazımmı ki, baş nazir olanda, işdən çıxanda da marketə gedib hamı kimi yaşayasan?
Ay zibillər, sizin haranız artıqdı ki, o milyonlardan...nəticə?
İmperializmə lazım olduğu qədərsən, sonra səni atmadılarmı ac-vampirləşmiş kütlənin qabağına?
Ədalətsiz adam qorxaq olar....
Ədalətsiz adam hamını ədalətsizləşdirməyə başlar, ,geriyə dönəndə
...geriyə dönmək olmur.