Kəramət : - İNSANA İNSAN GƏRƏK DEYİL, DAHA
(bütün yaratdıqlarını öldürür insan)
...qısa-uzun ömründə nəyi yaradıbsa, sonra onu öldürüb insanoğlu. "Allah öldü" məşhur nəticəsinə qədər "Allahı biz adamlar öldürdük" DƏ var, axı. QANUN-HÜQUQ ALLAHSIZLAŞMANI TÖRƏDİ.
Həmişə SUALPƏRƏST olan mən " axı niyə?"ni qoydum tam mərkəzi axtarışa.
-NİYƏ YARATDI Kİ NİYƏ DƏ ÖLSÜN-ÖLDÜRSÜN?
İnsan keçdiyi tarixi yol boyu nəyə ehtiyacı olubsa, onu yaradıb və dəyişən şərtlərə uyğun olaraq da yeni yaratdıqlarıyla öncəkinin üstünü torpaqlayıb. Başqa sözlə, yenilənmə zərurəti köhnələn yeninin ölümünə fərman verib, beləliklə, insan həm də, özü-özünü öldürərək yenilənib. Anlatmaq istəyəndə bir az da qəlizLƏŞdirib fikrinizi qarışdırmadım ki?
Ağıllı-axmaq xalq adam yoxdur, əvvəllər yaradılmışla bəslənən-düşünən-yaşayanlar var, bir də yeni-irəli yaratdıqlarıyla yaşayanlar. Əlbəttə, yaşam standartları da, həyata baxışları düşüncə bazında fərqli...o qədər ki, biri-birini anlamayacaq qədər. Düşüncədən fizikaya dönəndə müharibə səhnələri qaçılmaz olur.
20-ci əsrin birinci yarısında baş verən Birinci, İkinci Dünya Müharibələri bu dəyişim-anlaşılmazlığın gətirib çıxardığı məcburi xəritə bölüşməsiydi. Bir az da irəli gedib deyə bilərəm ki,
Zəkadakı Dəyişim xəritəsini mənimsəyənlərlə köhnəni mühafizə edənlərin arasındakı savaş dünya xəritəsini yenilədi...davam edirəm, ona görə ki, maraqlı (özüm üçün) nəticəyə gəldim ki, fizikən məğlub görünən irəliçi düşüncə qalib çıxır sonunda, necə ki,
İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ MƏĞLUB OLAN ALMANİYA MÜHARİBƏDƏN QALİB ÇIXDI, ƏSLİNDƏ. Müharibədən sonrasına baxın. Absurd və paradoksal görünə bilər.
Yadıma düşür xaraba Almaniyada bir hərbçiylə bir professorun dioloqu, oxumuşdum hardasa...
--Almaniya xaraba qaldı, məhv olduq,-zarıyır hərbçi.
--Bizim xaraba qalmayan beyin mərkəzlərimiz-adamlarımız, UNİVRSİTETLƏRİMİZ var,-cavablayır professor.
Hə, onu deyirdim axı, insanın Allaha ehtiyacı vardı onu yaratdı, daha yeni dünya şərtlərində Allaha ehtiyac duymadığından ONU öldürdü, əvvəllər ikiayaqlılara çox ehtiyac duyulduğunda doğub-törəmək-fizikən çoxalmaq yarışına girmişdi ölkələr, texnika inkişaf etdikcə kəmiyyətə-saya ehtiyac qalmadı, 1000 adamın işini bir texniki vasitə həyata keçirirdi.
Lokal müharibələr, MƏNBƏYİ QEYRİ-MƏLUM yayılan xəstəliklərin kökü də burdan qaynaqlanır.
İnsana ehtiyac olmadığından bütün dünyada qısırlaşma gedir və ya belə bir proqram həyata keçirilir; Görünən-bilinən, görmədiyimiz-bilmədiyimiz yollarla.
LESBİANLIQ, Qadının qadınla, Kişinin kişiylə cinsi olaraq ailə qurması da ailəsizləşmə, uşaqsızlaşdırma projesinin tərkib hissəsidir.
Daha çox elmi-texnolojiyə yiyələnmək İNSAN AMİLİNİ GƏRƏKSİZDİRDİ. Sürətli qocalma baş verdi fizikən.
İki inkişaf etmiş DÜŞÜNCƏ YUVASI arasında da fərq var, baxışla bağlıdı. Yapon uşağı hər şeyin canlı olduğuna,əşyaların da , inanır, Avropa cocuğu yox.
ŞİNTO İNANCINA GÖRƏ HƏR ŞEYİN, ÖLÜNÜN DƏ RUHU VAR .
Dünyada Robot Ticarətinin 30%-i Yapon istehsalıdır.
Və yaponlar demoqrafik vahimə içindədir; Sürətli qocalma gedir və təşfiqlərə rəğmən 1-2 uşaq belə doğulması müşgülə çevrilir.
HƏR ŞEYİN HAZIRI VARKƏN.
Yaponyada köç azdır, istər xaricə, istərsə daxilə, bu özünəqapanma tükənmişliyi gətirəcəyini yaponlar da bilir. Onu da bilirlər ki,
POLİMORFİK (ÇOXŞƏKİLLİ) ÖLKƏLƏRDƏ BU PROBLEM AZA ENDİRİLİR.
İnsan İnsana ehtiyac duymadığı günləri yaşayırıq. Vurğulamışdım ki, insan nəyə ehtiyacı varsa, onu yaradır, ehtiyacı olmayanda öldürür, eynən "ALLAH ÖLDÜ" misalı kimi.
Fiziki işçi-robot varsa, Düşünən Robot varsa-insandan ağıllısa, insanın insana nə ehtiyacı qalır ki, onu bəsləsin indiki zaman içində?
Heçnələşən, heçkimləşən insana münasibət məsələsi çıxır ortaya.
Seleksiya qaçılmazdı, məncə.
Belə bitirim:
NUHUN KOSMİK GƏMİSİNƏ ANCAQ AĞILLI ROBOTLARDAN İRƏLİ DÜŞÜNƏN YARADICI BEYİNLƏRİ ALACAQLAR.