Kəramət : - İKİ KÖNÜL BİR-BİRİNİ TUTMASA

YAZARLAR 09:37 / 24.11.2022 Baxış sayı: 1485

İKİ KÖNÜL BİR-BİRİNİ TUTMASA

, bəlkə 10 gündü Aşıq Ələsgərin bir qoşması beynimi dimdikləyir..sizinlə paylaşmasam o RUH məndən əl çəkməyəcək..Yaddaşım yanıldır və özüm redaktə edirəm.

Keçmiş dostum İradə Sarıyeva müsahibə götürəndə dedi ki, o şeir (hansı şairindi, indi unutmuşam) elə deyil, belədi (mən sözdəyişməsiylə demişdimj) yarızarafat-yarıciddi "Hərdən Füzulini də redaktə edirəm" demiş, o da çox ürəkdən gülmüşdü, mənim üçün o müsahibədə yadda qalan o gülüş idi.

Keçək bu paylaşıma..Hə 5 gün öncə öz-özümə deyə-deyə gəlirəm "Qəhrəmanın kababxanası"na və Ramiz Hümmətovdan soruşuram ki, yadımda doğrumu qalıb? Görürəm onun bu qoşmadan xəbəri yoxdu belə..yəni yanlışım olsa..düzəldin, bağışlayın.

YAZIQ

O qəmli könlünü, müşgül halını

Düşünən də yazıq, bilən də yazıq.

Ağlasan ağlardım mən səndən betər

Dağladın sinəmi güləndə..yazıq.

 

Birini sevəydin yoldaş olaydın

Könlün istəyənə sirdaş olaydın

Ya da quruyaydın, bir daş olaydın

Bəzənib bu evə gələndə..yazıq.

 

Ələsgər durarmı matah satmasa

İyid sarsıyarmı baxtı yatmasa

İki könül bir-birini tutmasa

Alan da yazıqdı, gələn də yazıq