Kəramət : - HƏMİŞƏ yazmaq istədiyim  heç vaxt yaza bilmədiyim yazı

YAZARLAR 12:55 / 02.04.2024 Baxış sayı: 975

-Mənim haqqımda yazılmış ən yaxşı yazıdı,-dedi ƏLəkbər müəllim,-mən də zarafatla qarşılıq verdim ki, kimin haqqında yazıramsa,ən yaxşısını yazıram.2011-ci ilin martında yazılıb,həmin tarixdə də "Ədəbiyyat naminə" qəzetində çap olunan bu yazı Ələkbər Salahzadənin 70 illiyinin xatirəsidi.

Ələkbər Salahzadə mənim çox istədiyim Adamdı, Şairdi. Bu sevgini həmişə diri saxlayan, heç zaman öləziməyə qoymayan və zaman-zaman yeni keyfiyyətlərlə, dəyərlərlə zənginləşdirən də onun xarakterindəki bütövlük, şəxsiyyətindəki əyilməzlik, dünya malına bəslədiyi şairanə münasibəti, əxlaqi-mənəvi özəlliyidi. Martın 15-i 70-ini haqlayan, daha dəqiqi , namərd zamanın onu haqladığı gündü. O, bu günə çatmaq üçün düz 70 il qabaq yola çıxıb, gəlib görüb ki, ay dadi-bidad, ,balaca bir Ələkbər haçandı bir qaya qaşında oturub onu gözləyirmiş. Gözləyirmiş ki, onunla ömür haq-hesabı çəksin və desin ki, yaxşı yaşamısan, Ələkbər müəllim. Ələkbər kişi, sənəti vasitəyə,ömrünün heç bir dönəmində, çevirməmisən, ona görə də bir həsir, bir Məmmədnəsirsən,.MƏHRUMİYYƏTLƏRƏ DÖZMÜSƏN,, həmişə abır-həyanı gözləmisən, satmamısan-satılmamısan, ləyaqətlə yaşamısan, gənclərə dayaq durmusan, ona görə Özün-Sözün gözükölgəli deyil, alnı açıq, başı dikdi. Özündən əvvəlki nəslin də haqqını, əlhəmdülillah, itirməmisən. QABARMALI-ÇƏKİLMƏLİ GÜNLƏRİMİZDƏ siyasi-ideoloji gəvəzəlikdən uzaq durmusan, bir sözlə, insanca yaşamısan.

Ədəbiyyatımızda Ələkbər Salahzadə tipologiyasında adam azdan da azdı, yəni belələri qənimət adamlardı. Ədəbi şarlatanlığın min nümunəsi var, namuslu ədəbiyyatın da, heç olmazsa, iki-üç nümuməsi olsun da!İ İCAZƏ VERİN! AY ƏDƏBİYYAT GƏMİRİCİLƏRİ, ŞÖHRƏT MANYAKLARI.

1991-Cİ İLDƏ ÜÇ ƏLLİ YAŞLI HAQDA BİR MƏQALƏ YAZMIŞDım, onda "İlham" (təsisçi Əmir PƏHLƏVAN,BAŞ REDAKTOR V.Əlixanlıydı)qəzetində çap olundu-"Üç şairin 150 yaşı"(Ə.Salahzadə,İ.İsmayılzadə,C.Yusifzadə haqqında). AXTARDIM, AMMA, SƏHLƏNKARLIĞIMDAN O MƏQALƏNİ TAPA BİLMƏDİM., istərdim ki,üç şairin indi 210 yaşı tamam olduğu gündə onu da çap eləyim.

qarlı bir gündə bildik,

ayaq izlərimizin

arxamızca düşüb gəldiyini,-

deyən şairin ədəbi haqqı verilməyib, düzünə qalsa, heç özü də buna cəhd eləməyib, təbii ki, umacaqsızlıq istedadın qanında-canındadı. Umacaq olan yerdə SÖZ yoxdu. Neyləyəsən ki, belədir, amma bu o demək deyil ki, ummadığından o-nu gözardı eləmək gərəkir.

Ömrümün böhranlı günlərində (HEÇ BÖHRANSIZ GÜNLƏRİMİZ OLDU Kİ?) Ələkbər ünvanına üz tutmuşam və özümün özümdən bezdiyim vaxtlarda yaxşı ki, o, məndən bezməyib, bunu da vurğulamağı borc bildim. Və mənim haqqımda,"kaprizini" şair ürəkaçıqlığıyla 1992-ci ildə "Tək-tənhadı ağaclar, Sıx-sıx əkilsələr də" adlı həcmli məqalə yazıb və yazıb ki,"-Həmin gün Kəramətin bəzi şeirlərinin ayrı-ayrı bənd və misralarının xoş ovqatıyla yaşadım, ovsunlanmış kimiydim. Əsil bədi sözün təsir gücü nə davamlı, nə sürəkli olurmuş!"

Bunu demək üçün də böyüklük lazımdı.

mənim yaşım 22

danışmağa dəyirmi ki...

İNdi isə sənin yaşın 70,danışmağa dəyir,dəyir,Ələkbər müəllim!