Kəramət : -  ƏSƏR NƏDƏN, NİYƏ, NECƏ YARANIR?

YAZARLAR 22:08 / 02.12.2023 Baxış sayı: 2279

 

...yaranış bir ehtiyac..daxili, xarici zərurət olmalı..Allah da dünyanı öz-ünü ifadə etmək üçün yaratdı, yaratdı ki, onun varlığı isbatlansın...bu görüş varoluşla bağlı mifoloji, dini, ilkin mənbələrdə aparıcı amildi. Əsər müəllifinin vəsfini daşıyar.

Diqqətlə izləsək, bu arqumentin özündə də dəyişiklik olduğunu görəcəyik.

Xammal təbiətdi, fizikidi...yaradıcılıq İSƏ varoluşdan yeni bir şəkil -məna-məzmun -fərqli VARLIQ-əsər dünyanın səhnəsinə çıxarmaqdı.

ƏSƏR YARADICININ ƏSİRİDİ, hələ ki..Yazıçı SÖZƏ hakimdi və hakimiyyətini sürdürür, o zamana qədər ki, yeni yaradıcı-əsər yaradılma zərurəti ortaya çıxır...

Yaradılmış müəyyən dövrdən sonra daha öz missiyasını (yarada bilmək, bəsitləşdirsək, istehsal, öyrətmə, törəmə) yerinə yetirə bilmir. Yaradılmışın üzərində yenisi yaranır, ondan imtina kimi görünsə əksi də davamından başqa bir şey deyil.

Bu dəfə artıq xammal təbiət-fizika deyil təcrübə-ilkin yaradıcılıq da yeni Yazıçının xammalıdı. Bu mənada ilk yaradıcıdan şanslıdı; hər sonrakı özündən öncəkindən.

Beləliklə, insanın ətrafı -təbiəti-fizikası ilkin olandan fərqliləşir.

YƏNİ YARADICININ ANA BƏTNİ DƏYİŞMİŞDİR, O, YENİ SANCILARLA YENİ ƏSƏRLƏR DÜNYAYA GƏTİRMƏYƏ MƏCBURDUR. Əks halda..özünü təzələməyən, törəməyən, bitmiş bir sonla qarşı-qarşıya qalarıq.

Səsin-sözün funksiyası da bu prosesdə təkamül keçirir, insanın elmi-bilimi-yaratdıqlarıyla ilkin söz (folklor) yanaşı addımlayır, təbiətlə təbiətdən yaranan-yaradılan paralel, iç-içə yaşayır.

Arxaik sözlər arxivdə ona görə qalır ki, yeni ƏSƏRİN mətnində-bətnində ona ehtiyac qalmayıb

..sözlər də o qədər işlənir ki, daha heç nə ifadə etmir, bədi istifadəyə yaramır, fikri-hissi heç nə oyatmır, ya da 50 il qabaqkı təsir gücünü, aktivliyini itirib. Məs. "ilahi", "gül", "könül" xitabları kimi...son vaxtlar "QADIN" müraciəti çox işlənsə də süni-gəlmə olduğundan poetik leksikonda uyum saxlaya bilmədi....

...bura istehsal alətlərini-ilk ov alətlərindən tutmuş "mesaj" a kimi. İndi kimsə "ceyran gözlü", "qaşı kaman" yazmır..birinci ov, ikinci ov aləti..ədəbi arxivə çevrilir..bu bir gedişatdı, normaldı...

Özümə də maraqlı gəldi hələlik bu gəzişmələr.

Bəlkə qayıtdım..həm də mövzuya.