Kəramət : - DAHİNİN ÖLÜMÜ

Ədəbiyyat 08:00 / 13.06.2024 Baxış sayı: 1378

 

Çıxsa bataqlıqdan-adamxanadan

o,dahi olardı.Sən mənə inan

Fəxri vətəndaştək dönərdi yurda

bu gün aramızdan qovulan insan.

 

Xəcil də olmazdı uşaq yanında

ucuz kafelərdə baxmazdı kefə

Donmazdı baxışı buz dolabında

dönməzdi siçan da küsdüyü evə.

 

Küçə itlərinə qoşulub iti

Məstan qonşulara pənah aparmış.

Nəyi xatırlasın? Yaddaşı itib

O boş çərçivədən şəkli baxarmış.

 

Buynuzu olmur ki Böyük Adamın

hamıdan fərqliydi,bizlərdən biri.

Filankəs deyilsən? Adını danır

ancaq ki,hər yerdə görünür yeri.

 

Onda səslənərdi vaxt küləkləri

bir qəzet küncündə nekroloqu var.

vüqarlı üzündə qar dənələri

bir gözü limandı,bir gözü vağzal.

(2006)