Kəramət : -  ANASININ BAŞINI KƏSƏN NARKOMAN

YAZARLAR, Gündəm 08:26 / 05.10.2022 Baxış sayı: 4830

ANASININ BAŞINI KƏSƏN NARKOMAN

SİNİF YOLDAŞINI DÖYMƏKDƏN ZÖVQ ALAN MANYAK ŞAGİRD...

....Və əlbəttə, susqun sinif, cəmiyyət. Bütün bunlar birdən-birə baş vermiş, göydən düşmüş hadisə deyil, meşə çaqqalsız olmaz, çürük meyvələr də ola bilirlə ötüşdürülə bilməz. Öz-özümüzə sual verməliyik, axı, niyə bu mənzərəylə qarşılaşırıq.? Bəri başdan deyim, sözümü əsirgəmədən, daha dəhşətli hadisələrlə qarşılaşmağımız gözləniləndi. Çünki insan da, toplumlar da öz taleyini-sabahını çəkib gətirir. Rüşvət tüğyan eləyir uzun illərdi, nə qədər həbs edirsən et, hamı öz işindədi..Bəlkə balıq başdan iylənər, bəlkə genetikamıza işləyib.. İş yeri sadəcə piştaxtadı, vəssalam, hər sahədə.

Eh..qoy İstanbuldan başlayım; oğul anasının başını kəsib, soyuqqanlılıqla atıb küçəyə, srağagün bir müğənninin, pivə parçının sınığıyla, boğazını kəsdilər. Birinci-anasının başını kəsən narkomanmış. Bəs müğənninin boğazı kəsilərək küçədəcə öldürülməsi? Üç nəfər olub üçü də məmur-nazirlik işçiləri....

Şagird yoldaşını döydükcə döyür..bu dalaşmaq deyil, bu adam döymək də deyil. Döymək, əzmək, məhv etmək öyrədib mühit ona..Yeməyi heç elə iştahla yeməzlər., elə iştahla vurur ki, dönə-dönə.

O döyülən şagirdin (səbəbi nə olursa, olsun) atası onu döyən şagirdin atasından yüz dəfə kasıbdı, inanmırsınızsa, araşdırın, mən 5 min k/m uzaqdan görürəm. O harın uşaq sinifdəki şagirdləri, müəllimlər, direktorqarışıq heç vecinə-zadına almır, ona görə ki, atası da o susqunların atasını hər gün "döyür", təhqir edir, söyür.

Hər gün xəbərlər çıxır ki, Türkiyə limanlarında tonlarla narkotik maddə tutuldu, görün hələ tutulmayan nə qədərdi və bu neçə illərdi belədi. Və bizə məlum "vor v zakone" hesablaşmaları qəzetlərdən oxuduğumuz aysberqin görünən tərəfləridi. Bu da sənə o anasının başını kəsən narkomanı yetişdirən münbit şərait.

20-yə yaxın konsert, festival ləğv olunub ki, milli əxlaqa hayqırıdı-eynən İranın əxlaq polisinin baxış bucağı.

Dini-milli duyğuları istismar kəllə-çarxda, ayrımçılıq, siyasi partiyalar biri-birini vətən xainliyində suçlayır.

İşsizlik, dolanışıq məşəqqətləri insani dəyərləri, mənəvi-psixoloji dayaqları erroziyaya uğradır.

Məgər vəzifəli, pullu yazıçılar digər çoxluğu... "sinifdə" ...haqqımızı yeyərək, ailəmiz, cəmiyyət qarşısında əzib təhqir etmirmi. Gəlin , yalan-palan üyütməyək, kimi aldadırıq k? Məmməd İsmayıl demiş; "Kimi aldadırsan, a zalım oğlu?"

Bircə misrası olmayan, cümlə qura bilməyən, qətiyyən şişirtmirəm, 3-5 nəfər ləyaqətsiz istedadlı yazıçıların haqqını yemirmi, təpiyinin altına salıb bir gənc istedadlı şairi bu və ya digər şəkildə hamının gözlərinin qabağında döymürlərmi, bütün "sinif" susmurmu?

Mən də sizin biriniz..Hərəmiz iqtisadi ehtiyacların tırtılları altında əzilməmişikmi, mənəvi aşınmaya məruz qalmamışıqmı. O sinif uşaqlarından şəxsiyyət, bilim, biz yazıçılardan əsərmi gözləyirsən..Yanılırsan, özü də min dəfə.

Polis çağırsan, öyrənir, gözləyir ki, qoy qan düşsün, təcili yardım çağırsan, o da ləngiyir ki, xəstənin vəziyyəti bir az da ağırlaşsın..belədə daha çox rüşvət alacaq. Belə deyilmi, yoxsa, ayrı-ayrı yerlərdə yaşayırıq. Sadəcə, mən danışıram, sizsə ağıllı şagirdlərsiz-susursunuz...Hadisəni, nəticəni müzakirə edirik.. Qardaşım, külək əkən tufan biçər.

Mənəm qaradinməz, mənəm o fağır

Bu adam tarlası büsbütün alaq.

Bircə cüt göz var ki..uzaqdan baxır

Baxır ki, Yer üzü kəllə-mayallaq .,-

-80-ci illərdə yazdığım "Əyri güzgü" şeirimdəndi, yadıma düşdü ...

Rəis yenə də ekranda (bütün kanallarda, 2-3-ü xaric), şeir deyir, müsəlman qardaşlığından danışır..seçgilərə 8 ay qalıb, müxalifət liderinin gileyinə gülməyim tutub;

--Ay camaaat, mən deyirəm fabrik-zavod tikəcəm, mənə səs vermirsiz, O deyir ki, köhnə türməni modernləşdirəcəyəm, gedib ona səs verirsiniz.

Bir 2 kişi, ayakta duran insanlar ve tuğla duvar görseli olabilir