Kəramət : - AĞZIMIZA DÜRTÜŞTÜRÜLƏN ŞÜARLAR

YAZARLAR 11:00 / 17.09.2023 Baxış sayı: 2736

 

BÜTÜN YALANLAR BİRİ-BİRİNƏ BƏNZƏR

-doğrular isə, nəinki biri-birinə, heç özləri də özlərinə də bənzəməz.. Bunun bir səbəbi olmalı, hər şey kimi, ən azından özümüz üçün bir səbəb tapmalıyıq. Bütün nağıllar, atalar sözləri, dinlər biri-birinə bənzəmiş olduqlarından yalanmı, yoxsa eyni yalan üzərində qurğulandıqlarındanmı? İkincisi daha məntiqli gəlir.

Qəbilələrarası , millətlərarası, dinlər (təriqətlər, məzhəblər) müharibələrdəki şüarlardakı xitabları dəyişin, hamısı eynidi. Qarşı-qarşıya vuruşan sovet əsgəriylə faşistin şüarları da..

"Göydən üç alma düşməyəcək", "Haq qalib gəlməyəcək", "Cənnət vəd edənlərin bu dünyada cənnətdə yaşadıqları, bizə cəhənnəm yaşatdıqları doğrudur", "Müharibələr hakim təbəqələrin qurduğu kütləvi səhnələrdi", "Ağ atlı oğlan, şahzadə kasıbların qapısını döymür" ..kimi sadədən sadə -ni mızıldamaq üçün hələ gözləməyə özümüzü qorxaqcasına məhkum etmişiksə...belə də davam edin.

özü də..bütün bu yalanları xalqın qulağına püfləyən şairlərdi..Ona görə deyilib ki, GÜYA ŞAİRLƏR PEYĞƏMBƏRLƏRDƏN SONRA GƏLİR; YALANI YAYDIQLARI ÜÇÜN.

Amma, izn verin, sizin xor kopellanıza cavab olmayaraq mən də öz həqiqətimi pıçıldayım. Kütlənin, çoxluğun biət etdiyi, alqışladığı-qarğışladığı, ağzınıza dürtüşdürülən şüarların sizin həyatınızla çürük sapla belə bağlılığı yoxdu. Kütləvi bədbəxtlik-xoşbəxtlik ONUN ƏSLİ-özü deyil, kədərin-sevincin kütləviliyilə kütləvi seks arasında nə fərq var ki? Heç nə sənin deyil.

Bəlkə belə düşünmək.. mənim ta uşaqlıqdan, anadangəlmə tərsliyimdən, inadkarlığımdan qaynaqlanır,-deyə düşünürəm. Sovet dövründə şagirdlik illərində hamı 1 mayda sevinir, mən isə fərqini bilmədən kədərlənirdim və bir az da özümü buna zorlayırdım, axı, bu hamının sevincinin mənə nə dəxli. Tələbəykən ilk şeirm 1977-ci ildə "Azərbaycan gəncləri"ində çap olunanda (ikinci kurs) tək-tənha sevinib qeyd edirdim-araq içəndə hamının mənə nifrətlə baxdığının "niyə"sini ağlımın ucundan keçirmədən... anlaşılmaz baxışları altında baxdığını yoza bilmirdim, mənim araq içməyimin bütün yeməkxanadakılara nə dəxli var...demə İmamın üçüymüş.

Bunları niyə xatırladım ki..hə kütləvi-çoxluğun yalanla yaşaması və başqalarını, övladlarını da buna öyrətməsi. Öyrədilmiş və öyrəşdirilmiş yalanlar.

TƏZƏ YALANLARDA GÖRÜŞƏNƏDƏK, BACARSANIZ, ARADABİR QEYBƏ ÇƏKİLİN, ANCAQ ÖLMƏYİN.