Kəramət : - Ağlayır Hoteldə son bakirə qız

Ədəbiyyat 08:54 / 11.07.2024 Baxış sayı: 1493

 

Lümlüt ağacların çılpaq şəhəri

əzilmiş qürurla yaşayır yalqız.

Açılmır qapısı açıq şəhərin

Ağlayır hoteldə son bakirə qız.

 

Ağaclar qar geyib-gəlinlik donu,

hələ qabaqdadı qış gecələri.

gecə də, gündüz də hay-haray dolu

heçcənə oyatmaz yatan şəhəri.

 

Verib yarpağını payız yelinə

Hotel nömrəsində ağac üşüyür.

Örtür əlləriylə ayıb yerini

döşünün üstünə 100 dollar düşür.

 

Gecənin sirrini faş eləyərlər

küləklər pıçıldar boş küçələrə

dini bizdən olan  fahişələri

KƏNDÇİM DƏ QISQANIR XARİCİLƏRƏ.

 

kÜÇƏ İTLƏRİNİN DİŞİNDƏ KİNİ

ADAMLAR İTDƏN DƏ QUDUZDU,QUDUZ.

MƏN DƏ DAYANMIŞAM GÜNAHKAR KİMİ

AĞLAYIR   HOTELDƏ SON BAKİRƏ QIZ

(1995)