Kəramət : -   ADAM NƏ ZAMAN ÖLÜR,   ADAM ÖLƏNDƏN SONRA NECƏ DİRİLİR

YAZARLAR 09:34 / 22.09.2022 Baxış sayı: 1644

 

..bizə əhatə eləyən ətrafdan başqa kimsəyçin yaşamırıq ki. Bizim ehtiyacımızı ödəyən, bizə ehtiyacı olanlaçın doğulub ölürük, fiziki və mənəvi coğrafi dairədə yaşayır, sonra o dairəni tərk edirik, yerimizi başqaları tutur.

Gərəkli qadər varsan, sənə ehtiyacları olduğu qədər yaşarsan. Birotaqlı evdə ölümündən 6 ay sonra tapılan meyidin nə zaman öldüyünü də ona gələn son telefon zəngiylə müəyyənləşdiriblər. Bu hesabla işin düşməsə, vəzifən olmasa kim kimi arar ki..deməli yaşaya-yaşaya ölürsən. Təzədən vəzifəyə gəlsən, hamıya gərəkli və dirilmiş olarsan, düz məntiqlə yanaşanda. Adamların istifadə müddəti, limiti var. Biraz soyuqqanlı şəkildə müşahidə etsəniz ən doğma adamlarda belə öldüyünüzü, birində isə can verdiyinizi görərsiniz. Emosiyaya qapılıb coşmayın.. Ay vətən o yandan keçdi, millət bu yandan keçdi, insanlıq şahə qalxdı, nə bilim nə..boş verirn, özünüz də bilirsiniz ki, bütün bunlar kökündən yalandı. Bayramdan-bayrama yada salınan adamlar, qəbirlər yaşayırmı sizcə. Adını daşıyan küçədə o şair, o şəhid yaşayırmı sizcə? Küçəni adlandırmışıq ki, ünvanı tapa bilək Mən zalım adam deyiləm, özü də çox kövrəyəm, deyə bilərəm. Amma bütün bunlar belədi..Gərək olmayan qapını kim döyür ki, qışda bulvarda iti bağlasan dayanmaz. Bir tələbəlik dostumu belə sınamışdım, "Sahil" metrosunun qabağında bulvara getməyi təklif etdim, köhnə yazıçılar demiş "şaxta qılınc kimi kəsirdi", təbii ki, imtina etdi, mən də bildim ki, bu an biri-birimiz üçün öldük.

Hərdən özünüzü pulsuz, gücsüz göstərin, yəni özünüzü ölülüyə vurun, görün heç fərqində olan varmı? Vəzifədəcə həbs olunanları , o dustaqları neçə nəfər yada salır? Günü-gündən unudulur, günü-gündən ölürlər.

Deyirlər ki, adam son xatirəylə birgə ölür, mən də qədimdə buna bənzər bir şey yazmışdım. Heç də belə deyil, indi xatırlamağa belə macal yoxdur..Bir az başımı qatdım öz səfsətəmlə..İki-üç dəfə cəhd elədim Orxan Pamuqun müsahibəsini dinləyim, adamın ürəyi çəkilir, mənasız-səviyyəsiz, heç bir informasiya verməyən çürük fikirlərindən qaçıb bunları yazıb öz başımı qatdım.