Kəmalə Abiyeva : - İZELƏ
10.01.-İzelimin günü
İ
Sevməyə heç nə olmamışdı elə bil,
Sevməyə heç kim qalmamışdı elə bil,
Balacam, sən gəldin, qara gözlərində
Günəşi gizləyən işıq gətirdin
Qaranlığı sevdim, işığı sevdim.
Səsin elə əziz ki, bütün səsləri sevdim,
nəfəsin elə təmiz ki,təmizliyə inandım.
Kiçik əllərində ömrümə sığmayan sevinc gətirdin-kiçikliyi sevdim,
sevinməyi öyrəndim.
Balaca ürəyində
ürəyimə sığmayan sevgi gətirdin,
sevməyi sevdim.
Hamını, hər şeyi sevmək istədim.
Sevmək
Sənin tək...