İSMAYIİ İMANZADƏ : - 

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ

Ədəbiyyat 20:10 / 06.11.2024 Baxış sayı: 3617

 

Tanrı dəhgahınadır, Şəhidim, son səfərin,

Yadlara göz dağıdır, qazandığın Zəfərin.

Hamı sənə ürəkdən deyir, Əhsən, Afərin!

Vətən-yurd sevgisidir halal qazancın-varın -

Əbədi yolçususan nur saçan sabahların!

 

Gur səsinlə: “Qarabağ-Azərbaycandır!”-dedin,

Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!

Şəhid ya Qazi olmaq, şərəfdir-şandır-dedin!

Nəqş elədin imzanı tarixə al qanınla -

Tanındın hər tərəfdə isminlə, ünvanınla!

 

Uğrunda can verdiyin bu ana torpaq sənin,

Döyüş günü səsini əks etdirən dağ sənin!

Bayraqdarı olduğun üçrəngli bayraq sənin,

Şəhid ucalığında vətən daşına döndün -

Azadlıq nəğməsinə, Zəfər marşına döndün!

 

Ünyetməyən məkana qalxıb ölümsüz oldun,

Andında, peymanında, ilqarında düz oldun.

Qarı düşmən önündə hər an yenilməz oldun,

Məzarın and yeridir, adın hər qəlbdə naxış -

Şəhidim, əhsən sənə, hünərinə min alqış!

 

 


 


 

 

31.10.2021

İSMAYIİ İMANZADƏ