İlham Əliyev Putinlə ikitərəfli görüşlər keçirəcək

SİYASƏT 19:11 / 07.10.2024 Baxış sayı: 1685

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

Yenises.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Y.Uşakov qeyd edib ki, görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.