İbrahim Yusifoğlu : - Gözləri göylərə dikilən adam
Gözləri göylərə dikilən adam,
De, sənin göylərdə nə işin vardı?
Yoxsa ki, göylərdən çörək umursan,
Göylərin olanı yağışdı, qardı.
Sən yaxşı
bilirsən , ana torpağın,
Altı da, üstü də xəzinədir ki!
Bu boyda sərvətin, varın önündə,
Səninçün bir qarın çörək nədir ki!
Göylərdə dolaşır dolan gözlərin,
Torpağa ələnən göz yaşlarındı.
O göz yaşlarından bitən sərvəti,
Talayıb yeyənlər qardaşlarındı.
Xəzərin tükənməz sərvətlərindən,
Milyon sahibi olanlar çoxdu.
Gör necə acizsən, çənin cəhənnəm,
Çırağa tökəcək neftin yoxdu.
...Yox, mənim qardaşım, yox... mənim balam,
De, sənin göylərdə nə işin vardı?
Yoxsa ki, göylərdən çörək umursan,
Göylərin olanı yağışdı, qardı!!!