Fazil Mustafa: Qapını açıb evə qaçdım... - Video

Gündəm, MÜSAHİBƏ 07:56 / 07.04.2023 Baxış sayı: 3833

Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Onların evə hücum edib-etməyəcəyini bilmirdim. Çünki darvaza açıq idi. Maşının qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub.

Yenises. az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 28 martda ona qarşı edilən terror hücumu haqda Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi.

Daha ətraflı videoda: