ƏşrəfVeysəlli - SƏNİ KİMƏ TAPŞIRIM
Ədəbiyyat
10:27 / 05.06.2026
Baxış sayı: 444
Səni kimə tapşırım,
harda bəsləyim səni.
Sarı simə tapşırım ,
tarda bəsləyim səni.
Gəzdirim pərdə -pərdə,
dinləsin göy də, yer də.
“ çaharhah” da, “ şüştər” də,
“ şur” da bəsləyim səni.
Bu eaf, təmiz eşqimiz
ay kimi, günəş kimi.
Qon gözümə yaş kimi,
nurda bəsləyim səni.
Ürəyim dar qəfəsdə,
kim olar mən həvəsdə.
Bir salamat yer göstər,
orda bəsləyim səni
2015- ci il