Əşrəf Veysəlli : - GƏNCLİK
Bu kiçik sinəmdə ümmanlar yatır,
Çayların da səsi ürəyimdədir.
Bu sakit sinəmdə tufanlar yatır,
Sanki yer kürəsi ürəyimdədir.
Sinəmdən adlayır cığırlar,rizlər
Orda kamanım var, tarım var məmim
Sinəmdə çağlayır çaylar, dənizlər,
Sinəmdə döyünür bulaqıar mənim.
İstərəm qaranquş xəbərlər kimi
Dünyanı dolanam, dünyanı gəzəm.
Gecə yatmağım da canıma yatmaz
O üzə, bu üzə hey çevrilməsm.
Araz narahatdır, Kür narahatdır,
Mənə yaraşarmı heç rahat yatam.
Bu göy narahatdır, yer narahaydır,
Bəlkə buna görə mən narahatam…
Gənclik!- Qələbələr çalmaq deməkdir,
Gənclik!- Bir atəşdir, oddur, ocaqdır.
O, elə narahat olmaq deməkdir,
Sonra dincəlməyə vaxt olacaqdır.